Postpandemiya və postmüharibə dövründən sonra Azərbaycanın siyasi, iqtisadi və mədəni həyatında bir çox mühüm dəyişikliklər baş verməkdədir. Belə ki, pandemiya dövründə dünyanı ağuşuna almış COVİD-19 bəlasına qarşı mübarizdə Azərbaycan, ölkə vətəndaşlarının bu çətin vəziyyətdən daha az itgilərlə çıxmasına çalışdı, qapanma dövründə isə, vətəndaşların maddi sıxıntılar çəkməməsi üçün bütün imkanları səfərbər etdi və bu istiqamətdə böyük uğurlar əldə etdi. Daha sonra ölkəmiz yeni bir düşmənlə - torpaqlarımızı işğal etmiş, həmin əraziləri 30 ilə yaxın müddətdə işğal altında saxlayan mənfur erməni faşistləri ilə mübarizə aparmaq məcburiyyətində qaldı. Erməni təxribatlarına qarşı mübarizəyə qalxan Azərbaycan bu mübarizəni də böyük zəfərlə başa vurdu. Böyük sərkərdə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan ordusu 44 gün ərzində düşmən qüvvələrini darmadağın edərək torpaqlarımızı işğaldan azad etdi və düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Artıq ağır, məşəqqətli günlər geridə qalmışdı. İndi ölkəmizin yerləşdiyi məkanda sülhün bərqərar olması, böyük quruculuq işlərinin həyata keçirilməsi, iqtisadi sahədə nəhəng layihələrin həyata keçirilməsi haqqında düşünmək və bu düşüncələrin tezliklə reallaşması üçün hərəkətə keçməyin məqamı çatmışdı. İndi bir çox dünya dövlətləri də güclü Azərbaycanın haqq işini dəstəkləyir, bütün sahələrdə ölkəmizin sərgilədiyi konstruktiv konstruktiv mövqeyi alqışlayırlar. Ölkəmiz hazırkı durumda əsas diqqəti işğaldan azad edilmiş ərazilərin bərpasına və Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına yönəltmişdir. Məlum olduğu kimi iyunun 16-da Beynəlxalq Nizami Gəncəvi Mərkəzinin təşkilatçılığı ilə 9-cu Beynəlxalq Qlobal Bakı forumu öz işinə başlamışdır. Forum beynəlxalq səciyyə daşığından, burada dünyanın bir çox ölkələrindən tanınmış siyasi xadimlər, keçmiş prezidentlər iştirak edir. Forumun açılış mərasimində həmişə olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev geniş məzmunlu nitq söyləmişdir. O, Beynəlxalq Bakı Forumunun iştirakçılarını salamlamış və iştirakçılara səmərəli fəaliyyət üçün uğurlar arzulamışdır. Azərbaycan Respublikasının Prezidenti əsas diqqəti yenə də Azərbaycan - Ermənistan münasibətlərinə, ümumilikdə Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına yönəltdi. O, qeyd etdi ki, Azərbaycan 10 noyabr sazişində nəzərdə tutulmuş bütün müddəalara sadiqdir, həmin müddəaları ardıcıllıqla həyata keçirir. Ancaq təəssüflər olsun ki, Ermənistan haqqında bunları demək mümkün deyildir. Üstündən bir il yarım müddət keçməsinə baxmayaraq Ermənistan Zəngəzur dəhlizinin açılmasını ləngidir. Bu müddət ərzində onlar Laçın dəhlizindən maneəsiz istifadə edirlər. Erməni tərəfi yenə də öz şakərlərinə uyğun olaraq müxtəlif bəhanələrlə məsələni uzatmağa çalışır. Artıq Qarabağ münaqişəsi öz həllini tapıb. Azərbaycan öz torpaqlarını öz gücünə işğaldan azad edibdir. İndi ermənilər gah "status" məsələsini, gah da ATƏT-in Minsk qrupunu yniən dirçəltmək xəyallarını qurmaq niyyətindədirlər. Status 1991- ci ildə Azərbaycan Parlamenti tərəfindən ləğv olunub. Münaqişəni ölkəmiz özü həll etdiyi üçün Mindk qrupu da tarixin zibilliyinə atıldı. Əgər Ermənistan 10 noyabr sazişinin müddəalarını yerinə yetirməsə, revanşist hərəkətlərə yol vermək istəsə, bu onlar üçün inanılmaz faciəvi sonluqla bitəcəkdir. Düzdür, iki ölkə arasında sərhədlərin delimitasiyası ilə əlaqədar komissiyanın bir neçə görüşləri olmuşdur və bu istiqamətdə iş gedir. Ancaq bunlar yetərincə deyil. Zəngəzur dəhlizinin açılması məqsədilə Ermənistan tərəfindən əməli fəaliyyətin olmaması prosesi ləngidir. Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşması, bölgədə sülhün bərqərar olması birinci növbədə onların özlərinin inkişafına böyük təkan verəcəkdir. Yəqin ki, bunu Ermənistan tərəfi də yaxşı başa düşür. Əks təqdirdə, Zəngəzur dəhlizi yoxdursa, Laçın dəhlizi nə üçün olmalıdır? Əgər Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddaları niyyətində olacaqsa , nədən biz tarixi torpaqlarımız olan Qərbi Zəngəzuru onlardan tələb etməyək? Yəqin ki, ermənilər bütün bunları anlamamış deyillər. Yəqin ki, onlar da əsassız, axmaq düşüncələrdən əl çəkib öz dövlətçiliklərini təhlükə altında qoymazlar. Lalə Əhmədova, Xocalı rayon gənci